IT layihələr üzrə menecer

İşin təsviri

JOB TITLE: IT layihələr üzrə menecer

EMPLOYER: International IT Company 

DUTY STATION: Azerbaijan

Bizim şirkətimiz beynəlxalq holdinq olaraq beynəlxalq və yerli, ən önəmlisi isə hökumət layihələrinin hazırlanması, dəstəklənməsi və idarə olunması sahəsində böyük təcrübəyə malikdir və elektron həllərin yaradıcıları olan dünyanın ən qabaqcıl və nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir. Şirkətin müştərilərinə biznes və ictimai sektorda fəaliyyət göstərən təşkilatlar daxildir. Şirkətimizin fəaliyyəti və gördüyü işlər beynəlxalq holdinqlər, ən başlıcası isə hökumətimiz tərəfindən dəstəklənir. Məhz bu baxımdan holdinqin imkanları və kadr potensialı günü-gündən genişlənərək inkişaf edir.
Fəaliyyətimizin sürətli inkişafının öhdəsindən gəlmək üçün aşağıda qeyd olunan tələblərə uyğun yüksək ixtisaslı kadrlar işə dəvət olunur.

IT layihələr üzrə menecer

Vəzifəsi:

• IT layihələrin komanda şəklində reallaşdırlmasına rəhbərlik və onların idarə edilməsi;
• Layihə ilə məşğul olan işçi qrupun və partnyorların əlaqələndirilməsinin idarə edilməsi;
• Partnyorlarla danışıqların aparılması və onların layihə ilə bağlı meydana çıxan tələbatlarının operativ şəkildə ödənilməsi;
• Layihələrin təfsilatlı planının hazırlanması və onlara nəzarət;
• Layihənin icra müddətinin gözlənilməsi üçün vaxt büdcəsinin planlaşdırılması;
• Layihənin icrasının gedişatına nəzarət, layihənin planına müvafiq olaraq onun nəticələrinin idarə edilməsi, layihə çərçivəsində kəsişən sualların həllinin tapılması;
• Layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsi, optimal həll yollarının tapılması üçün düzgün verilənlərin toplanılması;
• Layihənin hazırlanması zamanı istifadəçi tələbatlarının nəzərə alınması;
• Layihənin vizual təqdimatının hazırlanması və təfsilatlı şəkildə dinləyicilərə çatdırılması bacarığı;
• Layihənin icra vəziyyəti ilə bağlı hesabatların təqdim edilməsi;

Tələblər:

• Ali təhsil;
• Analoji vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Analitik düşünmə bacarığı;
• IT layihələr üzrə yerli və beynəlxalq müştəri və partnyorlarla işləmək bacarığı;
• Yüksək səviyyədə informasiya texnologiyaları və telekommunikasiya sahəsində biliklər;
• İnsanlarla ünsiyyət qurmaq bacarığı;
• İnformasiya təhlükəsizliyi sahəsində biliklər;
• İnformasiya texnologiyaları sahəsində mövcud olan qanunvericiliyi təhlil etmə bacarığı;
• Dil bacarığı (Azərbaycan, rus və ingilis dilləri - sərbəst);
• Komanda şəklində işləmək və gördüyü işlərin hesabatını hazırlamaq bacarığı;
• Diqqətlilik, dəqiqlik və məsuliyyət.

Namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.