Layihəçi memar

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 06.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işləyib hazırlamaq;
  • Layihələndirmə layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işləyib hazırlamaq, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərini razılaşdırmaq; 
  • Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasını təmin etmək; 
  • Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək; 
  • Layihə- axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialları hazırlamaq; 
  • Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün, onları lazımi məlumatlarla təmin etmək;
  • Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək.

Namizədə dair tələblər:

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi 
  • Memarlıq sahəsi üzrə ali təhsil
  • Microsoft Office, AutoCad proqramlarında səlis işləmə bacarığı;

Əmək şəraiti:

  • İş rejimi: 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: 2026 AZN (net) 

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.