Aparıcı mühasib

  • Qala Sigorta
  • Elanın qoyulma tarixi: 01.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri: 

  • Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi; 
  • Rəsmi hesabatların  (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; 
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi; 
  • Dövlət orqanları ilə gündəlik yazışmalar. Kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması;
  • Şəxsi hesab vərəqənin yoxlanılması;
  • Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
  • Anbarın izlənilməsi, yoxlanılması və nəzarət; 
  • Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
  • Banklar üçün qarantiyalar ilə bağlı hesabatların hazırlanması, lazım olan dövlət arayışlarının alınması üçün e-kargüzarlıqdan müraciətlərin göndərilməsi;
  • Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
  • Rəhbərliyə təqdim edilən gündəlik hesabatlar: 
  • Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
  • Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icrası.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil 
  • Aidiyyəti sahə üzrə minimum 2-3 illik iş təcrübəsi;
  • Peşəkar səviyyədə Microsoft Office proqramlarını (xüsusilə Excel) bilməli, Power BI bilikləri üstünlükdür;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı;
  • Eyni vaxtda bir neçə işə fokuslana bilmək;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların ACCA F3, F7 olması, F9 sertifikatının olması üstünlükdür.

Əmək şəraitinin şərtləri:

  • İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək məzuniyyəti: 30 təqvim günü
  • İş yeri: Bakı şəhəri, Azərbaycan prospekti 14, məh.221.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əmək haqqı; 
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • İşçilər üçün qayğı proqramları.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini elektron ünvanına email-in mövzu hissəsində “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

İşəgötürənin reytinqi