Əməliyyatlar üzrə Menecer

İşin təsviri

Stokun idarə edilməsi: 

  • Əməliyyat meneceri, müştəri tələbatını tam şəkildə ödəmək üçün, magazalarda  kifayət qədər mal ehtiyatının olmasına məsuliyyət daşıyır. Bu, satış tendensiyalarını proqnozlaşdırmaq, ehtiyat səviyyələrini idarə etmək və lazımi məhsulların doğru zamanda anbarda olmasını təmin etməkdən ibarətdir.

Satış idarə edilməsi: 

  • Əməliyyat meneceri satış v monitorinqi, satışın və gəlirliliyin artırılması üçün addımların atılmasına cavabdehdir. Bu, satış məlumatlarının təhlilini, tendensiyaların müəyyən edilməsini və satışı artırmaq üçün strategiyaların həyata keçirilməsini əhatə edir.

Müştəri xidməti: 

  • Əməliyyat meneceri müştərilərin hər zaman mükəmməl xidmət almasını təmin etmək üçün məsuliyyət daşıyır. Bu, müştərilərə yüksək səviyyədə xidmət göstərmək, müştərilərin şikayətlərini çözmək, mağazanın təmiz və baxımlı olmasını təmin etmək üçün heyətin təlimi və idarə edilməsini əhatə edir.

Kadrların idarə edilməsi: 

  • Əməliyyat meneceri heyətin işə götürülməsi, təlimi və idarə olunmasına cavabdehdir. Buraya iş qrafikinin planlaşdırılması,  hədəflərin müəyyən edilməsi, işçilərə öz performanslarını yaxşılaşdırmaqda kömək etmək üçün rəy və təlimlərin verilməsi daxildir.

İdarəetmə səmərəliliyi: 

  • Əməliyyat meneceri mağazanın dogru və səmərəli işləməsini təmin etmək üçün məsuliyyət daşıyır. Bu, proseslərin və prosedurların optimallaşdırılmasını, təkmilləşdirilməli sahələrin müəyyən edilməsini və səmərəliliyin artırılması üçün çözümlərin həyata keçirilməsini əhatə edir.

Büdcənin idarə edilməsi: 

  • Əməliyyat meneceri mağazanın büdcəsinin idarə edilməsinə, o cümlədən xərclərin və gəlirlərin monitorinqinə, xərclərin azaldılması və gəlirliliyin artırılması imkanlarının müəyyən edilməsinə cavabdehdir.

Əsas tələblər: 

Təhsil:

  • Müvafiq fənlər üzrə ali təhsil 
  • Müvafiq idarəetmə sertifikatı arzuolunandır

Təcrübə:

  • Pərakəndə satış sahəsində ən az 7-10 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 3-5 il iş təcrübəsi
  • Strateji planlaşdırma təcrübəsi
  • Sifariş etmə təcrübəsi
  • Müsahibə aparmaq təcrübəsi
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Biliklər:

  • Alış və Satış prosedurları və qaydaları
  • Satışın təşkili 
  • Satış texnikası
  • Müştəri xidməti standartları
  • Merçendayzinq qaydaları
  • İngilis dili biliyi yüksək səviyyədə 
  • MS Office Proqramları

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Təşkilatçılıq
  • Ünsiyyət bacarıqları
  • Nəticəyə yönümlülük
  • Analitik düşüncə
  • Vaxtın idarə olunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi