Korparativ satış meneceri

İşin təsviri

İş barədə məlumat:

  • Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək
  • Bazarın təhlilini, korporativ müştəri haqqında informasiyanın toplanılmasını və yeni müştərilər ilə əlaqənin qurulmasını təmin etmək
  • Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə gündəlik qeydlər aparmaq və hesabatlar hazırlamaq
  • Potensial müştərilərin axtarılması və yeni müştərilərin cəlb edilməsini həyata keçirmək
  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
  • Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirmək
  •  Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
  •  Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi:
  • Is qrafiki- 10.00-18.00
  • 5  günlük iş rejimi, şənbə , bazar  istirahətdir
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı  (razılaşma yolu ilə )+ BONUS

Namizədə tələblər:

  • Azərbaycan və Rus dilllərini yüksək səviyyədə bilmək
  • Ali təhsil
  • Riyazi analitik təhlil qabiliyyətinin olması
  • Effektiv satış prinsiplərini bilmək
  • Səlis nitq bacarığı
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
  • Komanda ilə işləmək bacarığı
  • Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması
  • Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi
  • Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması
  • Marketinq kommunikasiyaları, digital və reklam sahəsində geniş dünyagörüşü
  • Rəqəmsal Marketinq,sosial media və ümumi media sahəsində məlumatlı olmalıdır
  • Digital Marketing biliyi.

Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Abacus Audit And Consulting tərəfindən digər vakansiyalar