İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
 
	- Bütün maraqlı tərəflərin cəlb edilməsi və texniki imkanlardan istifadə etməklə layihənin əhatə dairəsi və məqsədlərinin müəyyən olunması;
 
	- Resursların cəlb edilməsi və paylanmasının təmin olunması;
 
	- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
 
	-  Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
 
	- Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü tərəflər, dövlət qurumlarının əlaqələndirilməsi;
 
	- Müvafiq alət və üsullardan istifadə edərək layihə fəaliyyətinin qiymətləndirilməsi;
 
	- Layihə risklərini minimuma endirmək üçün risklərin idarə olunması və profilaktikası;
 
	- Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;
 
	- Komanda üzvlərinə rəy, məsləhətlərin verilməsi və yeniliklərə təşviq edilməsi.
 
Tələb olunan bilik və bacarıqlar:
Ümumi biliklər:
	- ISO 27001, ISO 9001, ISO 45001 və ISO 14001 üzrə  biliklər
 
	- IMS standartları və IMS siyasətindən xəbərdar olmalıdır
 
	- Sahəsi ilə bağlı yerli qanunvericilik və normativ sənədləri bilməli
 
Texniki səriştələr:
	- MS Excel, Project, Power Point, Word yüksək səviyyədə;
 
	- MS Visio və ya digər cədvəl çəkmə proqram təminatlarında işləmə bacarığı;
 
	- Adobe photoshop işləmə bacarığı;
 
	- Layihələrə dair sənədləşmənin yüksək səviyyədə aparılması (İlkin analiz sənədi, Texniki tapşırıq sənədi və s.);
 
	- Rus və İngilis dili yüksək səviyyədə;
 
Yumşaq bacarıqlar:
	- Analitik və kreativ düşüncə tərzi;
 
	- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
 
	- Nəticəyönümlülük və punktuallılıq;
 
	- Yüksək təşkilatçılıq və liderlik;
 
	- Təşəbbüskarlılıq və tələbkarlılıq.
 
Kvalifikasiyalar:
	- İdarəetmə və ya texniki sahədə bakalavr;
 
	- Sertifikatlaşma(PMI və IPMI) arzuolunandır;
 
	- İKT sahəsində layihələrin idarəedilməsi üzrə minimum 3 il iş təcrübəsi.
 
Əmək şəraiti:
	- İş rejimi: 5 günlük iş həftəsi
 
	- Əmək haqqı: 2000-2500 AZN 
 
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin.