Satınalma Şöbəsi üzrə Mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 28.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Tədarük zəncirin idarə olunması və ya əlaqəli sahədə Ali Təhsil
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bilikləri
  • Rus dili biliyi mütləqdir, İngilis dili üstünlükdür.
  • Analitik düşüncə və analiz qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Satınalmanın təşkili
  • Avadanlıqların, ehtiyat hissələrin, alətlərin və digər istismar materiallarının şirkətin və qrupun qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınması və tədarükü,
  • Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi, Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması,
  • Səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi və tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması,
  • Bazarın araşdırılması və yeni, potensial tədarükçülərin aşkar edilməsi,
  • Alınan məhsulların logistika fəaliyyətlərini tənzimlənməsi, 
  • Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinə nəzarət edilməsi, 
  • Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılması və məhsul  haqqında məlumatın satınalma proqramına daxil edilməsi.

İş şərtləri:

  • Həftə içi: 09:00 - 18:00
  • Ünvan: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma Şöbəsi üzrə Mütəxəssis” qeyd etməyiniz xahiş olunur

İşəgötürənin reytinqi