İşin təsviri
İş haqqına məlumat:
- Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq qurumlarla əməkdaşlığın təmin edilməsi;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi, müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək komanda işinin idarə edilməsi;
- Layihə risklərini minimuma endirmək üçün risklərin idarə olunması və profilaktikası;
- Layihə ilə əlaqəli sənədlərin hazırlanması və saxlanılması;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Cari sahədə 1-3 illik iş təcrübəsi;
- Ali təhsil;
- Komandada işləmə bacarığı;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Təşəbbüskarlılıq və tələbkarlılıq;
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
- Gərgin iş rejimində işləmək bacarığı;
- Rus və İngilis dili bilikləri arzuolunandır.
İş qrafiki:
- İş qrafiki : Həftə içi 5 gün, 09:00-18:00
- Əmək haqqı - 800-1000 AZN
Qeyd: Əmək haqqı işçinin təcrübəsinə uyğun olaraq danışıq əsnasında müəyyən olunacaqdır. CV-lərinizi “Layihə meneceri” başlığı altında e-poçtuna göndərməyiniz xahiş olunur.