Layihə meneceri

  • Edumedia
  • Elanın qoyulma tarixi: 06.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Edumedia- Azərbaycan MMC Layihə meneceri vəzifəsinə namizəd axtarır. Bu vəzifə, elektron tədris resurslarının, dərs vəsaitlərinin hazırlanması layihərinin icrasına dəstək verməyə cavabdehdir. Vəzifəyə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: layihənin hədəflərinə nail olmaq üçün layihənin effektiv koordinasiyası və tapşırıqların gözləntilər daxilində icrasını təmin etmək.

İşin təsviri:

  • Layihələrin gedişatına nəzarət etmək və iş axınını yolunda saxlamaq üçün xarici komanda  
  • İşin keyfiyyətini yoxlamaq və tələb olunan qaydada uyğunlaşdırmaq;
  • Layihələrin sənədləşmə prosesini standartlara uyğun hazırlamaq və həyata keçirmək;
  • Digər layihə qrupları ilə koordinasiyanı həyata keçirmək;
  • Tapşırıqları vaxtında yerinə yetirmək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Minimum bakalavr dərəcəsi;
  • Əlaqədar sahədə ən azı 1 il peşəkar təcrübə;
  • Azərbaycan,Rus və  İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı;
  • Azərbaycan dilindən peşəkar səviyyədə istifadə etmək və rəsmi dil normalarına (fonetik normalar, leksik qaydalar, qrammatika) riayət etmək bacarığı;
  • Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Teams, Zoom, Skype proqramlarından peşəkar istifadə etmək bacarığı;
  • Analitik düşüncə tərzi;
  • İşə diqqətli və məsuliyyətli yanaşma;
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
  • Nəticəyönümlülük və punktuallılıq;
  • Təşəbbüskarlılıq və tələbkarlılıq;
  • Vaxtı düzgün və səmərəli planlaşdırmaq və son tarixlərə riayət etmə.

İş qrafiki:

  • Həftənin 5 günü
  • Saat:09:00-18:00
  • Ünvan: Bakı şəhəri, Xətai pr.34 Luxen plaza

Müraciət etmə qaydaları: 

Maraqlanan namizədlərdən CV-lərini Mövzu sətrində “Layihə meneceri” qeyd edərək e-mail  ünvanına göndərmələri xahiş olunur:

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun namizədlər ilə telefon vasitəsilə əlaqə saxlanılacaq.

Edumedia tərəfindən digər vakansiyalar