Baş Hüquqşünas

  • Giltex
  • Elanın qoyulma tarixi: 25.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi, o cümlədən cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və proseslərin tərtib edilməsində iştirak etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Müqavilələrin reyestrinin aparılması;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların izlənməsi və dəyişikliklər barədə məlumatlı olmaq; qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırılması
  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Cəmiyyətin məhkəmə instansiyalarında təmsil edilməsi;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Nəzarət orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Miqrasiya işləri ilə bağlı hüquqi dəstək, sənədləşmənin aparılması
  • Rəhbərlik tərəfindən həvalə edilən digər hüquq xarakterli tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (hüquq sahəsi üzrə), magistratura pilləsi təqdir olunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ingilis dili (yaxşı səviyyədə)
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqşünas vəzifəsində minimum 3 il iş təcrübəsi, kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsi, vergi qanunvericliyinin əsasları, digər normativ hüquqi aktlar üzrə bilik
  • İşgüzar yazışma əsaslarını bilmək, qrammatik yazı qabiliyyəti, riyazi diqqəti yüksək olan namizədlər üstünlük verilir;
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
  • Komandada işləmə bacarığı olan;
  • Aktiv, məsuliyyətli, işində dəqiq olan namizədlər

5 günlük iş rejimi

Nahar şirkət tərəfindən verilir

Bakı şəhərində səhər "20 yanvar"metrostansiyasından/ axşam "Avtovağzal" metrostansiyasına servis 

Ünvan: Sumqayıt şəhəri, Sülh küç 2

Müraciətlərinizi e-mail ünvanına Baş hüquqşünas başlığı altında qeyd edərək yönləndirməyiniz xahiş olunur: