Mühasib köməkçisi

  • EuroDoor
  • Elanın qoyulma tarixi: 24.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Tələblər:

  • Cins- Qadın
  • Əmək haqqı 500-700
  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
  • 1C 8.3 proqramında sərbəst işləmək bacarığı ( mütləqdir )
  • Excell proqramında yüksək səviyyədə işləmək bacarığı;( mütləqdir )
  • Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
  • Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
  • Hər növ Mühasibatlıq hesabatlarını hazırlamaq və Mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
  • A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • İş günü- həftənin 6 günü
  • İş saatı- 09:00-18:00

Vəzifələr:

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
  • Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
  • Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;

Xahiş olunur həftənin 6 cı günü işləməyi qəbul edən şəxslər cv göndərsinlər.

Əlaqə: +994 51 229 79 84 Günay Rəhimova