Maliyyə direktoru

İşin təsviri

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq sahəsində ali təhsil;
  • Maliyyə və kənar audit sahəsində ən azı 5 il təcrübə;
  • MS Office proqramlarında, xüsusən Exceldə əla işləmə bacarığı;
  • IRFS (Beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
  • Analitik təhlil qabiliyyəti,idarəçilik və işləri düzgün planlamaq bacarığı;
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;

Maliyyə direktoru vəzifə öhdəlikləri:

  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
  • Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
  • Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına, həmçinin mənfəət və zərər hesabatı, mənfəətlilik təhlillərinin aparılmasına nəzarət;
  • Mühasibatlıq əməliyyatları üzərində nəzarəti təmin etmək və hesabların düzgün və tam şəkildə bağlanmasına nəzarət etmək;
  • Kommersiya, satış və istehsalat ilə effektiv əlaqəni təmin etmək, həmçinin optimal maliyyə nəzarətini təmin etməklə biznes əməliyyatlarına dəstək olmaq;
  • Daxili və kənar audit proseslərinə dəstəyi təmin etmək;
  • Xarici və yerli banklara dövri hesabatların və banklar və dövlət qurumları tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatların təqdim edilməsini təmin etmək;

İş barədə məlumat:

  • İş günləri : Həftənin 5 iş günü tam,şənbə günü qısa iş günü
  • İş vaxtı: 09:00-dan 18:00-dək və ya 10:00-dan 19:00-dək 
  • Əmək haqqı: 2500-3000 AZN 
  • Ünvan: Winter park plaza 1-ci mərtəbə, Baku Holiday Travel

Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Maliyyə direktoru” qeyd etməklə CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.