Pərakəndə satış şöbəsinin rəhbəri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbə üzrə proseslərin düzgün icra olunmasına nəzarət edilməsi;
  • Yeni layihə və kampaniyaların mağazalarda həyata keçirilməsinin təmin edilməsi;
  • Mağaza heyyətinin iş keyfiyyətinin yüksəldilməsi və qorunmasına mütəmadi nəzarət edilməsi;
  • Satış strategiyasında prioritetlərin təyin və icra edilməsinə nəzarət etməsi;
  • Şəbəkə üzrə satışa nəzarət edilməsi və artırılması üçün tədbirlərin görülməsi;
  • Bölgə və mağaza rəhbərlərinə hədəflərin təyini və yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Şöbə üzrə bonus hesablanma qaydasının təyin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzu olunandır;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
  • Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
  • Məsuliyyətlilik, analitik və sisitematik düşüncə tərzi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi