Anbardar

İşin təsviri

Əsas vəsaitlərin və mal-material qiymətlilərin uçotu üzrə anbardar ilk növbədə anbara daxil olan inventarların hərəkətinə cavabdehdir. Bu öhdəlik adətən anbara  daxil olan malların aidiyyətı üzrə qaimələr ilə yoxlanılması, sayılmasını, vaxtında boşaldılaraq rəflərə yığılmasını, inventarların idarə edilməsini əhatə edir.

Vəzifə öhdəlikləri:

  • Malın qəbulunu, qəbul edilən malların siyahı üzrə yoxlanılmasını və qəbul olunan malların anbarda nəzərdə tutulan zonalara yerləşdirilməsini təşkil etmək;
  • Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
  • Malın hərəkəti ilə bağlı bütün əməliyyatları prosedurlar üzrə tələb olunan sənədlər əsasında icra etmək (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
  • Anbar qalğına nəzarəti həyata keçirmək;
  • Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
  • Anbar üzrə mövcud materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
  • Qaimə üzrə daxil olan malların 1C proqramına mədaxili və məxarici;
  • Anbardakı texniki çatışmazlıqlar və problemlər barədə vaxtında məlumatın verilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili - əla;
  • Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel , Word; 1C;
  • Əsas vəsaitlərin və inventarların idarə edilməsi haqqında anlayış;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Detallara diqqət yetirmək bacarığı;
  • Problemi həll etmək bacarığı;
  • Hesabat hazırlama bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günləridir;
  • Bayram və matəm günləri qeyri-iş günləridir;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

İşəgötürənin reytinqi