Satış üzrə aparıcı analitik

  • ATS Food
  • Elanın qoyulma tarixi: 17.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil səviyyəsi: Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə)
  • İş təcrübəsi: Sahə üzrə minimum 3 il təcrübə
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili və Rus dili arzuediləndir.
  • Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər (xüsusilə yüksək səviyyədə excel), ERP proqramları /Power BI, Power Query, Data model
  • Digər: SQL və ERP sistemləri üzrə biliklər üstünlükdür.

Vəzifədən gözləntilər: 

  • Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması;
  • Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
  • Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
  • Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi və rəqabət mühitinin təhlil edilməsi;
  • Prosesin təkmilləşdirilməsi, həllin qiymətləndirilməsi, biznes qərar qəbuletmə qabiliyyətinin artırılması üçün analitik anlayışların təmin edilməsi;
  • Məhsullar üzrə mövcud satış / müştəri bazasının analitik təhlilinin aparılması;
  • Satış üzrə periodik olaraq həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Dataların təmizlənməsi, idarə olunması və vizuallaşdırılması;
  • KPI hədəfləri üçün təhlil aparılması;
  • Birbaşa rəhbərin tapşırdığı digər işlərin görülməsi.

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Hesabatvermə
  • Alqoritmik yanaşma
  • Operativlik
  • Nəticə yönümlülük
  • Analitik riyaziyyat
  • Böyük databaza ilə işləmək bacarığı

İş Şərtləri:

  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Servis: səhər və axşam 20 Yanvar  və Sumqayıt bazarından təmin edilir 
  • Nahar: Təmin edilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Satış üzrə aparıcı analitik”qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.