Aparıcı mühasib

  • Super Toys
  • Elanın qoyulma tarixi: 16.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Elektron Qaimə, Hesab Fakturalarının işlənməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • İşçilərin əmək ödənişlərinin aparılması
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
  • Maliyyə hesabatlarının hazırlanması (Balans,Mənfəət və Zərər,Pul   Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.

Tələblər:

  • Maliyyə və mühasibatlıq sahəsində 2 ildən az olmayan iş təcrübəsi
  • Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
  • Proqram bilikləri: MS Word, MS Excel, 1C 8.3
  • Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik   olmaq
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili arzuolunandır
  • 30-45 yaş arası xanımlar

Əmək haqqı 1000-1200( Əmək haqqı müsahibə əsasında təyin olunacaq)

Maraqlanan şəxslər CV formalarını vakansiyanın adını mövzu bölməsində qeyd edərək CV göndərə bilərlər.