ERP Sistemlərin İdarə Edilməsi Rəhbəri

  • Azercell
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri: 

  • “Azercell Telekom“ MMC - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

Vakansiya haqqında ümumi məlumat:

  • ERP Sistemlərin İdarə Edilməsi Rəhbəri Azercell-in ERP sistemlərinin optimallaşdırılması, planlaşdırılması və təkmilləşdirilməsi üzrə cavabdehlik daşıyır
  • Rəhbər Azercell-in ERP sisteminin effektiv işləməsində əsas rol oynayacaq və bır sıra departamentlərarası koordinasiyanı aktiv şəkildə təşkil edəcək, müştəri təcrübəsini təkmilləşdirmək üçün mütəmadi olaraq son istifadəçilərlə əlaqədə olacaq
  • Bu vəzifənin icrasında biznes prosesi üzrə güclü bilik, layihə idarəetmə bacarıqları və ERP sistemlərinin layihələndirilməsi və idarə edilməsi üzrə geniş təcrübə tələb olunur
  • Detallara diqqət yetirmək, ümumi mənzərəni görmək, habelə çətinliklərin öhdəsindən həvəslə gəlmək bacarığınız varsa, müxtəlifliyə malik təşkilatda departamentlərarası əməkdaşlığa hazırsınızsa, siz ideal namizəd hesab edilirsiniz
  • ERP-dən kənar əlavə dəstək sistemləri (ESS) (Elektron sənəd dövriyyəsinin idarəedilməsi) üzrə təcrübə namizədliyinizə əlavə dəyər qata biləcək

Əsas vəzifə öhdəlikləri: 

 Sistemin İdarə Edilməsi və Koordinasiyası

  • Şirkətin istifadəsində olan əsas sənədlərin, rolların, istifadəçi girişlərin, məlumatlara nəzarətin, hesabatlılığın və məlumat bütövlüyünün idarə edilməsi və  koordinasiyası
  • ESS ilə əlaqəli davam edən texniki dəstək və təkmilləşdirmə layihələrinə nəzarət etmək və həyata keçirmək
  • Sistem daxilində məlumatların bütövlüyü və düzgünlüyünü yoxlamaq üçün dövri hesabatlar hazırlamaq və tətbiq etmək
  • Məlumat və sistem düzəlişləri haqqında departament rəhbərləri və məlumat "sahibləri"-nə qısa məlumat vermək
  • Atributlara və sistemdaxili əlaqələrə dəyişikliklər edildikdə kodlar, sistemlər və digər kritik sahələrin düzgünlüyünü təmin etmək üçün hesabat inventarını aparmaq
  • Mütəmadi qaydada hesabatların və xəbərdarlıqların yeni versiyalarını yaratmaq
  • Biznes strukturları və sistem istifadəçiləri arasında yeni hesabatlar, idarə panelləri, analitik vasitələrin yaradılmasının koordinasiyasını təşkil etmək
  • Gündəlik əməliyyatlarda ITIL prosesləri və ya digər standartları tətbiq etmək (dəyişikliklərin idarə edilməsi, tələblərin yerinə yetirilməsi və s.)
  • Dəyişikliklərin İdarə Edilməsi sorğularının (dəyişikliklər, araşdırmalar, çatışmazlıqlar və s.)  izlənilməsi prosesini hazırlamaq və idarə etmək
  • Keyfiyyətə nəzarət tədbirlərinin optimallaşdırılmasına dair tövsiyələr vermək və həyata keçirmək
  • Bütün sistem dəyişiklikləri, testlər və təkmilləşdirmə tapşırıqlarının statusuna nəzarət etmək və izləmək
  • Sistem təkmilləşdirmələri və ya funksionallığın artırılması ilə bağlı vaxtında kommunikasiyaya etmək
  • Təlimatlar, prosedurlar, kod və test skriptləri kimi məlumatların (sənədlərin) saxlanması və müntəzəm olaraq yenilənməsini təmin etmək
  • ERP sistemlərin inkişafı və təkmilləşməsi üzrə həll strategiyasını hazırlamaq və icra etmək
  • Daxili və xarici texniki tətbiqetmə qrupları arasında ERP məhsulun inkişafı üzrə tapşırıqları idarə etmək və yönləndirmək

İstifadəçi Dəstəyi və Təcrübə:

  • Son istifadəçi tələblərini araşdırmaq və öyrənmək
  • Təlim təşkil etmək və şirkət daxilində ERP-nin istifadəsinə dair məlumatlılığı təşviq etmək
  • Əsas biznes strukturları arası koordinasiyada, tələb olunduqda sənəd və son istifadəçi təlimatlarının tərtibatı və təkmilləşdirilməsinə rəhbərlik etmək
  • Hesabatlar və analitik vasitələrin layihələndirilməsi, yaradılması, tətbiqi və saxlanması prosesini idarə etmək
  • İstifadəçilərə idarə panellərindən istifadə, məlumatların çıxarılması və s. üzrə təlim keçmək və dəstəkləmək
  • Son istifadəçilərdən daxil olan yardım müraciətləri, şikayətlər və tövsiyələrini nəzərdən keçirmək

Xarici Təchizatçı və Partnyor şirkətlər:

  • ERP təchizatçıları ilə əsas əlaqə vasitəsi kimi çıxış etmək
  • Üçüncü tərəfin cəlb edilməsi üçün iş planları və illik büdcəni idarə etmək
  • ERP təchizatçısı və əlaqəli ERP dəstək komandaları ilə birgə dəstəklə bağlı sorğuları idarə etmək
  • Təchizatçıların idarə edilməsi (SLA təşkili və nəzarəti, qarşılıqlı əlaqələr və s.)

Komandanın İdarə Edilməsi:

  • ESS sahəsində xidmətin inkişafını təmin edən proqramçı və sınaqçılardan ibarət komandaya rəhbərlik etmək, həmçinin İT siyasətlərini, prosedurlarını və ən yaxşı təcrübələri həyata keçirmək.
  • ESS sahəsində xidmətin inkişafını təmin edən komandanın peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək
  • Şöbə/Bölmə/qrup hədəfləri, müvafiq performans göstəricilərini müəyyən və tətbiq etmək, nəzarət mexanizmlərini işləyib hazırlamaq və onlara riayət etmək
  • Komandanın inkişaf etdirilməsi tədbirləri (performans göstəricilərinə uyğun olaraq işçilərə müvafiq geribildirim təqdim etmək və işçilərin fərdi inkişaf planlarını hazırlamaq)

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Sistemlərin idarə edilməsi üzrə təsdiqlənmiş təcrübə və ya müvafiq sahə üzrə yüksək dərəcə
  • İT komandalarına rəhbərlik etmək və idarə etmək, həmçinin İT siyasətlərini, prosedurlarını və ən yaxşı təcrübələri həyata keçirmək
  • Müəssisə Resurslarının Planlaşdırılması (ERP) Sistemlərinin həyata keçirilməsi və idarə olunması üzrə iş təcrübəsi. SAP ERP üzrə texniki təcrübəyə üstünlük verilir
  • Layihə və Dəyişikliklərin İdarə Edilməsi üzrə bacarıqlar (büdcə planlaşdırma, risklərin və resursların idarə edilməsi və keyfiyyət təminatı daxil olmaqla). PMP və ya müvafiq sertifikata üstünlük verilir
  • Davam edən çoxsaylı tapşırıqları prioritetləşdirmək və idarə etmək qabiliyyəti
  • Təzyiq altında işləmək və son icra tarixlərinə riayət etmək bacarığı
  • Güclü analitik düşüncə, problem həll etmə və qərar vermə bacarıqları. 
  • Mürəkkəb texniki məsələləri təhlil etmək və biznes tələblərinə və məqsədlərinə cavab verən həllər təqdim etmək bacarığı.
  • Mükəmməl səviyyədə komandalar arası əməkdaşlıq etmək, əlaqələr yaratmaq, komanda qurmaq, təşkilatçılıq və ünsiyyət bacarıqları
  • Detallara diqqət yetirmək bacarığı
  • Strateji planlaşdırma, nəticə-yönümlü idarəetmə və hesabatlılığa rəhbərlik etmək bacarığı
  • MS Office proqramları üzrə mükəmməl bilik
  • Məlumat bazalarını idarə etmək təcrübəsi və məlumat bazası strukturu və nəzəriyyəsi haqqında bilik
  • Ümumi biznes idarəetmə prosesləri və funksiyaları haqqında bilik
  • Texniki məsələləri yüksək səviyyəli rəhbərliyə və qeyri-texniki maraqlı tərəflərə çatdırmaq üçün həm şifahi, həm də yazılı effektiv ünsiyyət bacarıqları
  • İnkişaf etməkdə olan texnologiyalar, tendensiyalar (qanunvericilik və digər tənzimləyici tələblər daxil olmaqla) və telekommunikasiya haqqında biliklər

Təhsil: 

  • Kompüter Elmləri və ya müvafiq texniki sahə
  • Magistr pilləsi arzuolunandır 

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst
  • İngilis dili – yüksək səviyyədə

Üstünlük kimi nəzərə alınacaq:

  • SAP ABAP ilə iş təcrübəsi üstünlük təşkil edəcək
  • SAP HANA, S4/HANA və ya bulud kimi innovativ texnologiyalar haqqında biliklər

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq