Qeydiyyatçı-konsultant

  • Dərs Evi
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən gələn sorğu/müraciətləri qəbul etmək və müvafiq departamentlərə yönləndirmək;
  • Gələn şəxsləri gülər üzlə qarşılamaq, qeydiyyata almaq və konsultasiya otağına yola salmaq;
  • Müştəri sorğularını müvafiq sənədlərə qeyd etmək;
  • Zərurət yarandıqda ofis və otağlara nəzarət, vaxtı-vaxtında təmizlik işləri və təchizatla məşğul olan şəxsləri məlumatlandırmaq; 
  • Qəbul şöbəsinə nəzarət etmək (təmizliyə riayət etmək, reklam bukletlərinin mövcudluğuna nəzarət etmək, müştəri və şagirdlər olan ərazidə lazımı məlumatları lövhələr üzərində yerləşdirmək);
  • Sonuncu növbə olduqda ofisi yoxlayib bağlamaq;
  • Tələbələrə nəzarət etmək və onların davranışının intizam prosedurlarına uyğun olmasını təmin etmək. Hər hansı qayda pozuntusu baş verdiyi halda, razılaşdırılmış addımlar çərşivəsində hərəkət etmək. Qayda pozuntusunun səbəblərini təhlil etmək və gələcəkdə bu cür halların baş verməməsi üçün təkliflər irəli sürmək;
  • Kameralara nəzarət etmək, yaranan çətinlik və problemlər haqqında müvafiq departamenti məlumatlandırmaq;
  • ‘‘Girişə nəzarət və idarəetmə sisteminə” görə cavabdehlik daşımaq; 
  • Şagirdlərə və işçilərə giriş-çıxış (access card) və ehtiyat kartlarını (spare card) təhvil vermək və geri almaq;
  • Rəhbərliyin icazəsi olmadan kənar şəxslərin içəri daxil olmasının qarşısını almaq; 
  • Giriş-çıxış kartı (access card) və ya ehtiyat kartı (spare card) olmayan əməkdaşları turniketdən keçirib  jurnalda adlarının və giriş-çıxış vaxtlarının qeydiyyatını aparmaq; 
  • “Girişə nəzarət və idarəetmə sistemi” bazasının həftəlik məlumatlarını məsul şəxslərə təqdim etmək; 
  • Dərs saatlarında tələbələrin binadan kənara icazəsiz çıxmağını məhdudlaşdırmaq;
  • Anbara nəzarət (verilən və anbara qoyulan əşyaların, tədbirlər zamanı verilən ləvazimatın qeydiyyatını aparmaq);
  • Tədbirlər zamanı iştirakçıların qeydiyyatını aparmaq;
  • Tədbirlər keçirildiyi zaman təmizlik və təchizata dair məsul şəxslərin məlumatlandırması;
  • Şirkət tərəfindən paylaşılan əşya/hədiyyə/sertifikat/kitab və s. müştərilər/əməkdaşlar tərəfindən təhvil alınmasını təmin etmək; 
  • İtən əşyalar ilə bağlı müraciətlərin qəbulu;
  • Dərs Evinə poçt, kuryerlə göndərilən, şəxsən təqdim olunan sənədləri qəbul etmək və müvafiq şəxslərə yönləndirmək.

İş tələbləri:

  • Ali Təhsil;
  • Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərində işləmək bacarığı;
  • Dil bilikləri: Rus (əla), Azərbaycan (əla),  İngilis (arzu olunandır);
  • Yenilikçi və inkişafa meyilli olmalı;
  • Həmkarları ilə konstruktiv və şəxsiyyətlərarası münasibətlər inkişaf etdirmə təcrübəsi;
  • Tənqidi düşünən və problem həll etmə bacarıqları;
  • Komanda oyunçusu;
  • Yaxşı vaxt idarəetmə bacarıqları.                                                                                       

İş şəraiti:

  • 6 günlük iş həftəsi, istirahət günü həftədə 1 gün;
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.

Qeyd olunan tələblərə uyğun namizədlər şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı-konsultant” qeyd etməklə e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi