İşin təsviri
Namizədə tələblər:
- Təhsil: Ali
- Yaş: 20-35
- Cins: Kişi, Qadın
- Satış sahəsində geniş bacarıqlara malik olan
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
- Reklam sahəsində təcrübəyə üstünlük veriləcəkdir
- Marketing, satış üzrə teorik və pratik biliklərə sahib olan
- MS Office proqram bilikləri
- Şirkətin iş proseslərinə uyğun qaydada və komanda ilə işləmə bacarığı
- İşinə qarşı məsuliyyətli yanaşmaq
- İş prosesində müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında və lazımi qaydada icra etmək
- Əmək haqqı və Bonus
- Dil bilikləri: Azərbaycan və Rus dili- səlis və anlaşılan nitq, İngilis dili arzuolunandır
- CV-də şəkil mütləqdir
İş barədə məlumat:
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi
- Müştəri bazasının formalaşdırılması
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması
- İşgüzar və korporativ danışıqların aparılması
- Yeni müştərilərlə müqavilələrin bağlanılması
- Müştəri görüşlərinin nəticələrinin izlənilməsi
- Mövcud müştərilərlə əlaqələrin möhkəmlənməsi
- Mail izləmə, mail vasitəsi ilə təqdimatların göndərilməsi, mailin peşəkar cavablandırılması
- Verilən tapşırıqları vaxtında icra etmək, günlük, həftəlik və aylıq fəaliyyət planlamasını aparmaq, şirkət daxili proqramda qeyd etmək və işlərlə bağlı periyodik hesabat vermək
- Punktual və məhsuldar işləmə bacarığı, firmanın korporativ brend dəyərinə uyğun dünya görüşünə və məlumat bazasına malik olmaq
- İş görüşlərində nəqliyyat və telefon xərcləri şirkət tərəfindən ödənilir
Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A).
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
Namizədlərdən “Satış mütəxəssisi” yazaraq CV-lərini göndərmələri xahiş olunur.