Maliyyə üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməkhaqqı fonduna və əməkdaşlarla hesablaşmalar üzrə KPI-ların aylıq yoxlanılması və analizi;
  • 1C ERP üzrə aparılan maliyyə əməliyyatlarının, bank və kassa sənədlərinin dövri olaraq yoxlanılması;
  • Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi;
  • Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
  • 1C ERP sisteminin təkmilləşdirilməsində iştirak;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin daxili qaydalarına uyğun şəkildə icra edilməsi.

Namizədə olan tələblər:

  • Maliyyə, uçot və ya iqtisadiyyat üzrə ali təhsil;
  • İş təcrübəsi: minimum - 3 il;
  • Hesabatlıq, təhlil sahəsində iş təcrübəsi üstünlükdür;
  • Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı; 
  • Mükəmməl MS Excel biliyi;
  • Maliyyə sahəsi üzrə analitik bilik və bacarıqlar;  
  • ACCA, PMS sertifikatları üstünlük hesab olunur; 
  • Dəqiqlik, çeviklik, pozitivlik;
  • Komandada işləmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 700-1000 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Maliyyə üzrə kiçik mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.