Maliyyə Direktoru

  • VMF
  • Elanın qoyulma tarixi: 14.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və Cəmiyyətin əmlakının qorunmasına nəzarət ;
  • Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi və maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təşkili;
  • Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatı;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Daxil olmuş pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun, onların hərəkətinin dövriyyəsinin, xərclər smetasının hazırlanması, məhsulun satışı, iş və xidmətlərin yerinə yetirilməsinə nəzarət;
  • Müəssisənin illik büdcəsininin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
  • Xərclərin optimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi istiqamətində tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsi, xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsi, gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
  • Şirkətlərlə bağlanan müqavilələrin, invoysların və digər maliyyə sənədlərinin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və prosesə nəzarət edilməsi;
  • Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyin məlumatlandırılması;
  • Maliyyə hesabatı, müəssisənin fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanmasına, cari sənədlərin unifikasiyasınıa, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir.
  • Təşkilatın ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddı sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • İş qrafiki həftəlik 6 gün
  • Maaş razılaşma yolu ilə (maaş namizədin bilik və bacarığına görə təyin olunacaq )
  • Qeyd : Şirkət Qobu qəsəbəsi, Milli Qəhrəman Ç. Mustafayev küç., 313 ünvanında yerləşir , 20 Yanvar metro stansiyasından əməkdaşları şirkətin servisi götürür və axşam gətirir.

Tələblər:

  • Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
  • Aidiyyatı sahə üzrə minimum 5 ildən artıq iş təcrübəsi;
  • Peşəkar səviyyədə Microsoft Office (Excell, Word, Outlook), 1C (8.3) proqramında işləmək qabiliyyəti;
  • Komandada işləmə və düzgün idarəetmə bacarığı;
  • Tələbetmə və yönləndirmə bacarığı;
  • Yüksək analitik qabiliyyəti və problem həll etmə bacarığı;
  • Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür.

Maaş razılaşma yolu ilə.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .

İşəgötürənin reytinqi