Satış Analitiki

İşin təsviri

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri

İş təcrübəsi: Analoji sahədə ən azı 1 il;

Təhsil: Ali (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)

İşin təsviri:

  • Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
  • Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
  • Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
  • Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
  • Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi

Bilik və Bacarıqlar:

  • Yüksək səviyyədə MS Excel bilikləri
  • Analitik və strateji baxış bacarıqları
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Mobil nömrə və danışıq limiti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış analitiki” yazmaqla CV göndərərək müraciət edilir.

Zəhmət - Ruzi MMC tərəfindən digər vakansiyalar