Supervayzer (Bölgə müdiri)

İşin təsviri

Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu (Jalə Bakı Satış Mərkəzi) dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderlər siyahısına başçılıq edir.
Zavodun məhsulu olan Jalə təbii meyvə şirələri Avropada istehsal olunmuş ən müasir avadanlıqlar vasitəsi ilə və məhz yerli xammaldan istifadə olunaraq istehsal olunur. Jalə təbii meyvə şirələri müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş və yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərinin bazarlarındada öz alıcıların tapmışdır.

ŞİRKƏT AŞAĞIDA GÖSTƏRİLƏN VAKANSİYA ÜZRƏ İŞÇİ YIĞIMI ELAN EDİR

VAKANSİYANIN ADI: Supervayzer (Bölgə müdiri)

İŞİN ÜMUMİ TƏSVİRİ:

- Məhsulun yerli bazarda uğurlu satışını təmin etmək.
- Satış təmsilçilərin işinə nəzarət etmək və onları idarə etmək;
- Mövcud Müştərilərin məhsulla bağlı ehtiyacların öyrənərək təmin etmək.
- Yeni Müştərilərlə iş birliyi yaratmaq

NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR

- Ali təhsil
- Şəxsi avtomobilin/nəqliyyatın olması
- 25-35 yaş arası kişilərə üstünlük verilir
- Bölgə müdiri təcrübəsi bir (1) ildən az olmayan iş təcrübəsi
- Ofisproqramlarıbiliyi
- Təzyiq altında işləmə bacarığı
- Tövsiyyə məktublarının mövcudluğu
- Azərbaycan dilində fikrin sərbəst çatdırma qabiliyyəti

ŞİRKƏT İŞÇİNİ AŞAĞIDAKILARLA TƏMİN EDİR

- Sürülmüş məsafəyə görə yanacaq xərcləri
- Sürülmüş məsafəyə görə nəqliyyatın amorsisaziya xərcləri
- Nahar xərcləri
- İcbari və sosial sığortalar

ƏLAQƏ VASİTƏLƏRİ

Maraqlı olan Şəxslərdən CV-rini “Bölgə müdiri” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.