Satış Təmsilçisi

İşin təsviri


 
Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ konserv zavodu (Jalə Bakı satış ofisi) dünya standartlarına cavab verən məhsulları ilə Azərbaycan bazarında liderlər siyahısına başçılıq edir.
Zavodun məhsulu olan Jalə təbii meyvə şirələri Avropada istehsal olunmuş ən müasir avadanlıqlar vasitəsi ilə və məhz yerli xammaldan istifadə olunaraq istehsal olunur. Jalə təbii meyvə şirələri müasir Avropa keyfiyyət sertifikatlarına layiq görülmüş və yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərinin bazarlarındada öz alıcıların tapmışdır.

ŞİRKƏT AŞAĞIDA GÖSTƏRİLƏN VAKANSİYA ÜZRƏ
İŞÇİ YIĞIMI ELAN EDİR

VAKANSİYANIN ADI:    Satış Təmsilçisi

İŞİN ÜMUMİ TƏSVİRİ:

- Məhsulun yerli bazarda uğurlu satışını təmin etmək.
- Mövcud Müştərilərin məhsulla bağlı ehtiyacların öyrənərək təmin etmək.
- Yeni Müştərilərlə iş birliyi yaratmaq

NAMİZƏDLƏRƏ OLAN TƏLƏBLƏR

- Ali təhsil
- Şəxsi avtomobilin/nəqliyyatın olması
- 20-30 yaş arası kişilərə üstünlük verilir
- Azərbaycan dilində fikrin sərbəst çatdırma qabiliyyəti

ŞİRKƏT İŞÇİNİ AŞAĞIDAKILARLA TƏMİN EDİR

- Əmək haqqı 700-1100 AZN
- Sürülmüş məsafəyə görə yanacaq xərcləri
- Sürülmüş məsafəyə görə nəqliyyatın amorsisaziya xərcləri
- İcbari və sosial sığortalar

ƏLAQƏ VASİTƏLƏRİ

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.