Araşdırmaçı

İşin təsviri

Business Insight International Research Group yeni açılacaq Research and Development departamenti üçün araşdırmaçı vakansiyasını elan edir

Araşdırmaçının iş öhdəliyi:

- Daim araşdırma aparmaq və bazarda yeni bilikləri toplamaq;
- Aylıq marketing tədqiqat jurnalları üçün materiallar hazırlamaq;
- Yeni məhsullar və metodlar barəsində düşünmək və təkliflər irəli sürmək;
- Layihələrin idarə olunması metodologiyasını işləyib hazırlamaq;
- Bazarın müxtəlif sektorlarının databazasını hazırlamaq və sektorlar üzrə marketing araşdırmaları aparmaq;
- Araşdırma təkliflərini işləyib hazırlamaq;

Araşdırmaçının Peşəkar tələbləri:

- Marketingin əsasları haqqında məlumatlı olmaq;
- Marketing araşdırmaları, Sosial araşdırmalar, sosialogiya üzrə təhsili olmaq;
- Dünyanın daima inkişaf edən tələblərini marketing təcrübəsi ilə qarşılama imkanına malik olmaq;
- Ofis programlarını mükəmməl bilmək;
- İngilis və rus dillərini bilmək;

Şəxsi xüsusiyyətləri:

- Səmimi və ünsiyyətqabiliyyətli olmalı;
- Geniş dünyagörüşünə malik olmalı;
- Məntiqi biliklərə malik olmalı;
- Vaxtdan səmərəli istifadə imkanına malik olmalı;

Bioqrafiya məlumatları;

- Marketing, Sosiologiya və tədqiqat sahəsində minimum 2 il təcrübəyə malik olmaq

Maraqlananlar CVlərini [email protected] email adresine göndərə bilərlər.