Videoqraf/fotoqraf

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 07.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətimizin fəaliyyətini və tədbirləri işıqlandıracaq, yaradıcı və çalışqan əməkdaş axtarışındayıq!

Namizədə dair tələblər:

  • Təhsil: Texniki peşə və ya ali (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə təhsil arzuolunandır)
  • Kompüter bilikləri: Adobe Premiere, Corel draw, Photoshop, After Effects proqramlarında işləmək bacarığı (Adobe Illustrator bilməsi arzuolunandır);
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi (Reklam və promo çarxlar hazırlamaq, foto vә videoçәkilişləri aparmaq);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il;
  • Kompüter bilikləri: Microsoft Office və PowerPoint.
  • Kreativlik
  • Planlı şəkildə dəqiq işləmə qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin sosial şəbəkələrdəki hesablarında istifadə edilməsi üçün video/ foto çəkilişlər həyata keçirmək;
  • Videoları montaj etmək;
  • Foto çəkiliş etmək və fotoları çapa və yayımlanmaya hazırlamaq;
  • Materialların tarixlər və tədbirlər üzrə arxivləşdirilməsini həyata keçirmək;
  • Motion qrafik dizayn işləri görmək;
  • Lazım gəldikdə sosial şəbəkələr üçün posterlər hazırlamaq.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Videoqraf - fotoqraf” yazmaqla, öz CV-lərini göndərə bilərlər.

İşəgötürənin reytinqi