Satınalmalar üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə ilə bağlı biliklər:

  • Satınalma prosedurlarını rəhbər tutaraq satınalma prosesinin düzgün, keyfiyyətli və vaxtında təşkil və icra edilməsi;
  • Yerli və xarici tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Tenderlərin keçirilməsində iştirak etmək , tenderin əsas şərtlər toplusunun və digər tender sənədlərinin hazırlanması və birbaşa rəhbərə təqdim edilməsi
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, lazımi lisenziya və sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
  • Yerli və beynəlxalq daşımaların təşkili və son məntəqəyə çatdırılana qədər sifarişin izlənməsi;
  • Malın həcm və çəki məlumatlarının , yükləmə ünvanının və.s daşınma üçün lazım olan bütün məlumatların İstehsalçı ilə dəqiqləşdirilməsi, yük sənədlərinin istehsalçıdan tələb edilməsi, uyğunlunğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı istehsalçıya müvafiq təlimatların verilməsi, 
  • Xarici və daxili bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
  • Satınalma müqavilələrini hazırlamasında iştirak etmək, müqavilələrdəki riskləri analiz etmək və riskləri minimallaşdırmaq
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək

Namizədə tələlər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
  • Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Tender prosesi, müqavilələrin idarə olunması, tədarükçülərlə münasibətlərin idarə olunmasında təcrübənin olması
  • Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
  • Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • Tədarük zəncirinin idarə edilməsi, gömrük və logistika sahəsində biliklər;
  • Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
  • Mükəmməl ünsiyyət və danışıq bacarıqları, İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanının olması
  • Dil biliyi: Azərbaycan, Rus və İngilis dil bilikləri.
  • CIPs sertifikartı üstünlükdür.

Əlavə məlumat:

İş yeri: Zərifə Əliyeva pr. 93 BEGOC Plaza

İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Son tarix: 31 Avqust, 2023-cü il.

Maraqlanan şəxslər öz CV formalarını "Satınalmalar üzrə aparıcı mütəxəssis" başlığı ilə göndərə bilərlər. 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.