Aşpaz

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mətbəxin idarə edilməsi və təmizliyinə nəzarət;
  • Verilən tapşırıqların vaxtında yerinə yetirmək;
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, həmçinin tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Təmizliyə və gigiyenik qaydalara ciddi şəkildə əməl etmək;
  • Yeməklərin vaxtında hazır olmasını təmin etmək.

Tələblər:

  • Gülərüz, komandada işləməyi bacarmalı;
  • Öyrənmə və özünü inkişaf etdirməyə açıq və istəkli olmalı;
  • Təcrübəli olmalı;
  • Tərtib olunmuş menyuya əsasən yeməkləri hazırlaya bilməli;
  • Salatları və isti (qazan yeməkləri) yeməkləri hazırlamağı bacarmalı;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
  • Xanım namizəd
  • Yaş həddi 25-55

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
  • İş qrafiki: Həftədə 6 gün 08:00 dan 17:00-a qədər.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • İş yeri: Bakı şəhəri, Ağ şəhər, 2-ci Yaşıl ada küçəsi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Aşbaz” qeyd edərək CV formasını göndərə bilərlər.