Əməliyyatlar üzrə menecer

İşin təsviri

Əsas öhdəliklər

  • Satış və marketinq fəaliyyətini və bu sahədə əldə edilən nəticələri izləyir. Satış və marketing mövzulu toplantılara rəhbərlik edir və ya belə toplantılarda iştirak edir. Lazım gələrsə hotelin fəaliyyətinin təhlükəsizliyi  üçün tədbirlər görür. 
  • Gəlir, xidmət və işçilərin məmnuniyyətinin artırılması sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq və ya daha yüksək nəticələr əldə etmək  məqsədilə komitə və şöbə başçılarının fəaliyyətinə rəhbərlik edir. 
  • Qonaqpərvərlik sektoruna aid toplantılarda iştirak edir, bu sektorda təsis edilmiş müxtəlif təşkilatlara üzv olur.
  • Qəbul edilmiş servis standartlarına əsasən mehmanxana daxilində göstərilən bütün xidmətlərin keyfiyyətinə nəzarət edir. 
  • Hotelə aid olan otaqlarda interyer və komplektasiyaların tamamlanmasın nəzarət edir, lazım olduğu hallarda yeni təkliflər hazırlayaraq təsdiq üçün mərkəzi idarəyə yönləndirir. 
  • Hotel daxilində mövcud olan əlavə xidmətlərin fəaliyyətinə nəzarət edir, yeni təklif və fikirlər varsa təqdimat hazırlayaraq bu xidmətlərin həyata keçirilməsi və qonaqlara təqdim edilməsi məqsədilə təsdiq üçün mərkəzi idarəyə təqdim edir .
  • Hotel binasının texniki olaraq əlverişli şəraitdə istismar edilməsinə nəzarət edir və mütəmadi olaraq lazım gələrsə təmir tikinti proseslərinin təmin edilməsini təşkil edir. 
  • Hotel şöbələrinin bir biri ilə kordinasiyalı fəaliyyətini təmin edir və nəzarət edir .
  • Hotel ilə əməkdaşlıq edən podratçıların fəaliyyətlərinin nizamlanması, görüləcək işlərin tam standartlara uyğun və keyfiyyətli olmasını təmin edir. 
  • Hotel fəaliyyətinin yüksək gəlirlilik çərçivəsində çalışması üçün mövcud olan gündəlik xərclərə tam nəzarəti həyata keçirir və monitorinq aparır. 
  • Hotel qonaqlarından gələn təklif və şikayətlərin analiz edilərək, çatışmazlıqların aradan qaldırılmasını təmin edir .
  • Hotel xidmətlərinin qiymət siyasətini təyin etməkdə iştirak etmək, rəqabət apara biləcək sektorun digər subyektlərinin qiymət siyasətinin analizini və statistikasına nəzarət etmək. 
  • Hoteldə dincələn, müalicə alan qonaqların təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək. 
  • Hotelin yerləşdiyi regionda mövcud ola biləcək bütün növ dövlət tədbirlərində hotel və aid olduğu şirkəti iştirak  və təmsil etmək. 
  • Hotel xidmətlərin yüksək keyfiyyətli təqdimatı üçün mütəmadi təlimlərin təşkil və təminatına nəzarət etmək və varsa yeni təkliflər planı hazırlayaraq mərkəzi idarə təsdiqi üçün təqdim etmək. 

Namizədə tələblər:

  • MBA sahəsinə uyğun təhsil və mütənasib təcrübəyə sahib olmaq;
  • 5 ulduzlu hotellərdə idarəçilik təcrübəsinə malik olmaq;
  • Maliyyə və ticarət qabiliyyətinə sahib olmaq; 
  • Hotel sənayesindəki nəzarət prosedurlarını bilmək, turizm müəssisələri və müvafiq marketinq, ticarət fəaliyyətləri üçün texniki-iqtisadi əsaslandırma təcrübəsinə sahib olmaq;
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Azərbaycan dili – sərbəst; rus və ingilis dili – yüksək səviyyədə.

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

İşəgötürənin reytinqi

Qalaalti Hotel & Spa tərəfindən digər vakansiyalar