Satış əməliyyatlarının uçotu üzrə mühasib

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 26.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan , İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
  • Yaş: 25-45;
  • Bu sahə  üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office (MS Excel) proqram bilikləri;
  • Logo Tiger 3 Enterprise proqram bilikləri;
  • Satış əməliyyatları barəsində məlumatlı olmaq;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • Bütün satış əməliyyatlarının Logo Tiger 3 Enterprise proqramında  işlənib hazırlanması, eləcə də eqaimə və ƏDV hesablarının  yaradılması;
  •  Debitor borc məlumatlarının dəqiqliyinin və  bütövlüyünün yoxlanılması;
  • Qaimə fakturaların yoxlanılması və yerli qanunvericiliyə uyğunluğunun təmin olunması;
  • Şirkətin borclarının düzgünlüyünü təsdiqləmək üçün müştəri balanslarının üzləşdirilməsi;
  • Satışa nəzarət məqsədi ilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış  fakturaların üzləşdirilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların həll edilməsi;

İş şəraiti: 

  • İş yeri:  Xırdalan şəhəri 
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur ; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
  • 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış əməliyyatlarının uçotu üzrə mühasibyazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.