Baş mühasib (Zavod)

İşin təsviri

İş barədə məlumat: 

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək;
  • Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinin təşkilini həyata keçirmək;
  • Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
  • Aylıq, rüblük, illik şirkətdaxili vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Aylıq əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması) və əmək haqqlarını ödəmək;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.

Namizədə tələblər:

  • Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməli
  • Baş mühasib vəzifəsində ən azı 3 il iş təcrübəsi;
  • Mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • Microsoft office programlarından (xüsusilə excel) sərbəst istifadəni bacarmalı.

Əmək Şəraiti:

  • Əmək haqqı: 2000 AZN
  • İş rejimi: Həftənin 6 günü;
  • İş saatı: 08:00-dan 17:00-dək; nahar fasiləsi 12:30-dan 13:30-dək.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Baş mühasib” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar