HR Assistent

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 25.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması;
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • İnsan resursları departamentinə aidiyyəti hesabatları tərtib edilməsi və təqdim edilməsi;
  • Aylıq hesabatların hazırlanması;

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • 24-32 yaş; 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  • Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;

*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2000 AZN.

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “HR Assistent” yazaraq göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.