Elektrik quraşdırıcısı

İşin təsviri

Əmək funksiyasına daxildir:

  • Kabel konstruksiyalarının quraşdırılması.
  • Çilingər alətlərindən və ləvazimatlarından istifadə etməklə uzun xəndəklərdə, kollektorlarda, borlarda və bloklarda güc kabellərinin və kabel armaturlarının sökülməsi.
  • Mis və alüminium damarlı güc kabellərinin uclarının təmizlənməsi və birləşdirilməsi, yoxlanılması və lehimlənməsi.
  • Kabelin cərəyandaşyan damarlarının, izolyasiyasının, qurğuşun örtüyünün və zireh təbəqəsinin təmiri.
  • Uclarda qoyulan və birləşdirmə muftalarının sökülməsi, çətin əriyən lehimlərin maye qazla işləyən qurğularda qızdırılması.
  • Quraşdırmadan əvvəl kabelin izolyasiyasının nəmliyinin, kabeli qızdırmaq üçün şəbəkə qurğusunun və iş yerinin işıqlandırılması qurğusunun yoxlanılması.
  • Alətlərin, ləvazimatların, mexanizmlərin və materialların yoxlanılması və iş üçün hazırlanması.
  • İşçilərə təyinatı üzrə tapşırılmış işlərdən başqa digər işlərlə məşgul olmaq qəti qadağandır.

 

İşçinin, ən azı, 3 illik iş təcrübəsi, müvafiq sahə üzrə işləyə bilməsi üçün hüquqi sənədi olmalıdır.

Əmək haqqı 700 manatdır.