Keyfiyyət üzrə nəzarətçi

  • SƏBA
  • Elanın qoyulma tarixi: 17.08.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

İş Elanı №27JS/13

 
“SƏBA” şirkətlər qrupu Keyfiyyət üzrə nəzarətçi vəzifəsinə işçi axtarışı elan edir. 

Əsas vəzifələr:

• Keyfiyyətə nəzarət sahəsinə aid sənədlərin proyektlərinin hazırlanmasında birbaşa iştirak etmək (İSO 22000 standart tələblərinə uyğun proseslər, prosedurlar, iş təlimatları, hazırlanan resepturaları və digər sənədlər);
• Yerlərdə işçilər tərəfindən  İSO 22000 standartın tələblərinə riayət olunmasına nəzarət etmək;
•  Dövlət tərəfindən tələb olunan və müəssisədə təsdiq olunmuş normalara, aktlara, metodikalara və iş təlimatlarına uyğun olaraq hazır məhsulun təhlükəsiz və keyfiyyətli müştəriyə çatdırılmasını təmin etmək ;
•  Məhsulun hazırlanmasında istifadə olunacaq xam malların (yarımfabrikatların) keyfiyyətini normativlərə  və müəssisənin spesifikasiyalarına uyğunluğuna nəzarətini aparılmaq;
•  Müəssisənin HACCP  qrupunun tərkibində fəaliyyət göstərərək bütün struktur
bölmələrindən, mütəxəssis və digər işçilərdən vəzifə borclarının yerinə yetirilməsi üçün  lazım olacaq informasiya və sənədləri (qeydləri ) İSO 22000 standartına uyğun tələb etmək;
•  Bütün proses və prosedurlarına islahedici və xəbərdaredici tədbirlərin müəyyənləsdirməsində iştirak etmək , tələblərə uyğun olmayan məhsullarının dövriyyədən çıxarılması üçün tətbirlər görmək və bununla bağlı lazımı qeydlərini aparmaq;
• Müəssisədə  istifadə olunan iş formaları və nəzarətdə olan sənədlərin vaxtı vaxtında aktualizasiyası üçün daimi  proseslərinin monitorinqini aparılmaq;
• Rəhbərliyə qida məhsullarının təhlükəsizliyin menecmenti sisteminin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabatı təqdim etmək

Əsas tələblər:

• Ali təhsil (gida texnologiyasına aid mühəndislik, tibbi sanitariya və ya biologiya, kimya sahəsində təhsilə üstünlük verilir);
• İSO standartları tətbiq olunan qida istehsalı sektorunda ən azı 1 il iş təcrübəsi;
• Microsoft Office (Word və Excel) proqramlarından sərbəst istifadə edilməsi;
• Azərbaycan dilində sərbəst danışmalı və sənədləşdirmə aparılmalıdır. Rus dilini bilmək arzuolunandır;
• Aktiv, səliqəli və komandada işləmək bacarığı.

Əmək haqqı 400 - 600 manat arası nəzərdə tutulur.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi 25 avqust 2013-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanlarına mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№27JS/13) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!