Data analitik

İşin təsviri

Vəzifə öhdəlikləri və fəaliyyətlər:

  • Skorinq sisteminin optimallaşdırılması, məlumatların analizi və məlumatlara uyğun yeni modellərin təklif olunması;
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi;
  • Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
  • Xam və strukturlu məlumatın analiz edilərək trendin və “pattern”-lərin müəyyən edilməsi;
  • “Machine learning” metodunun tətbiq edilməsi ilə prediktiv data modellərin hazırlanması;
  • Tarixi məlumatlardan istifadə etməklə modellərin qurulması, gələcək haqqında proqnoz vermək üçün modellərdən istifadə edilməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır);
  • Sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər;
  • SQL dilini yüksək səviyyədə bilmək (analitik funksiyalarla işləmə bacarığı); 
  • Analitik tool-larla işləmə bacarığı;
  • Yüksək səviyyədə MS Excel biliyi;
  • Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning (avtomatik öyrənmə) və statistik metodlarla işləmək bacarığı;
  • Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (Power BI, Qlik, Tableau).
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər; 

Digər bacarıqları:

  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti; 
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;

Maraqlanan namizədlər CV-lərini emailin mövzu (subject) hissəsinə Data analitik qeyd etməklə göndərə bilərlər.