Səhiyyə iqtisadiyyatı şöbəsinin müdiri

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə, idarəetmə və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi; 
  • Uyğun sahələrdə minimum 3 illik peşəkar təcrübə;
  • Yüksək analitik düşüncə bacarığı, təhlil və təqdimat qabiliyyəti; 
  • Yüksək səviyyədə İngilis dili biliyi (rus dili arzuolunandır);
  • MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
  • Vaxtın və resursların idarə olunması bacarığı;
  • İctimai sağlamlıq və sığorta prinsipləri haqqında məlumatlılıq;
  • SWOT, PESTLE, SIPOC, Mind Mapping və s. kimi metodologiya biliyi;
  • Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Görəcəyiniz işlər: 

  • Mövcud mühitin qiymətləndirilməsi, əsas məqsədlərin müəyyən edilməsi, uğur amillərinin və təşkilati çətinliklərlə bağlı məhdudiyyətlərin özündə ehtiva edən uzunmüddətli strategiya və planların hazırlanması;
  • Agentliyin strategiyasının yazılmasına dəstək verilməsi, bu sahədə olan innovativ yanaşmaların təklif olunması;
  • Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi və boşluq təhlillərinin aparılması;
  • Gəlirlilik təhlili, proseslərin yenidən dizaynı, əməliyyat səmərəliliyi, böyümə strategiyası, strateji planlaşdırma, məlumatların toplanması, keyfiyyət təhlilinin aparılması
  • Strategiyanın həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması;
  • Agentliyin strateji təşəbbüslər üzrə fəaliyyətinin izlənilməsi, maliyyə və texniki göstəricilərin təhlili və yenilənməsi;
  • Strateji hədəflərin həyata keçirilməsi məqsədilə aparılan araşdırma və təhlillərdə iştirak etmək;
  • Proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 24.07.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.