İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis (Public Relations)

İşin təsviri

Əsas öhdəliklər:

  • Press-relizlərin düzgün qaydada hazırlanması;
  • Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq;
  • İnformasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
  • Əsas əlaqələr, informasiya kanalları və s. üzrə məlumat bazasının  yaradılması;
  • Tədbirlərin təşkili,
  • PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması;
  • Dövlət strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
  • PR xərcləri üzrə büdcəyə nəzarət.
  • PR aksiyaların keçirilməsi və digər PR xarakterli işləri həyata keçirmək;
  • Şirkətin fəaliyyətindəki yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmaq
  • Keçirilən tədbirlərə ictimaiyyətin diqqətini cəlb etmək

Tələb olunan bilik və bacarıqlar:

  • PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərindən məlumatlı  olmaq;
  • PR kampaniyaların təşkili və həyata keçirilməsi metodları;
  • Daxili korporativ PR və digər PR istiqamətlərinin əsasları;
  • İctimai əlaqələr, jurnalist və ya filologiya sahəsində təhsil;
  • Yaş həddi 25-35 yaş aralığı;
  • Minimal iş təcrübəsi 3 il;
  • Xoşagələn zahiri görünüş, əla kommunikasiya bacarıqları;
  • Analitik düşüncə tərzi, böyük həcmlərdə informasiyanı qəbul etmək ,təhlil etmə bacarığı, istiqamət götürmək və bu informasiyanı öz işində effektiv istifadə edə bilmək;
  • İngilis və rus dili biliklərinin olması mütləqdir.

Əlavə məlumat:

  • Bridge Group ailəsinin bir üzvü olmaq;
  • Stabil iş qrafiki;
  • Şəhərin mərkəzində ofis;
  • Mehriban komanda;
  • Əmək bazarında rəqabətli əmək haqqı.