Qaraj müdiri

  • AZAQROTAXIL MMC
  • Elanın qoyulma tarixi: 14.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları:

  • Müəssisə Rəhbərliyi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
  • Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
  • Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
  • Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
  • Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
  • Təmir xərclərin optimallaşdırmasına nəzarət;
  • Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
  • Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər:

  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Sürücülük vəsiqəsi olmalıdır;
  • Ali təhsil ( Nəqliyyat sahəsinə uyğun).
  • Uyğun sahədə minimum 3-5 il iş təcrübəsi.
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
  • Güclü analitik, məntiqi düşünmə, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
  • MS Office (Word, Excel )

Əlavə məlumat:

  • Əmək haqqı  1800-2000 azn; 
  • İş qrafiki: Altı günlük iş qrafiki;
  • İş yeri: “AZAQROTAXIL” MMC (Ağcabədi,Biləsuvar);
  • Cinsi: Kişi 
  • Yaş həddi: 30-45

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Qaraj Müdiri ” yazmaqla müraciət edilir