Tibbi sığorta üzrə mütəxəssis

  • Qala Sigorta
  • Elanın qoyulma tarixi: 13.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Tibb üzrə ali təhsil (müalicə işi ixtisası üzrə ali təhsilə üstünlük verilir);
  • Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı, rus dili biliyi üstünlükdür; 
  • MS Office proqramlarında işləmək bacarığı;
  • İş təcrübəsi tələb olunmur.

Vəzi̇fə və öhdəli̇klər:

  • Müştərilərin tələbatlarına adekvat olaraq sığorta sahəsində yüksək səviyyədə xidmət göstərilməsi;
  • Sığortalanmaq istəyən müştəriyə münasib qiyməti təklifinin təqdim edilməsi;
  • Sığorta müqavilələrinin düzgün tərtib olunması və saxlanılması;
  • Sığortalını sığorta müqaviləsi ilə təmin etmək məqsədi ilə bütün lazımi sənədlərin toplanması;
  • Bağlanmış korporativ müqavilələr üzrə sığortalının işçi heyəti üçün prezentasiyaların keçirilməsi;
  • Riskə nəzarət məqsədi ilə zərər baradə məlumatın  toplanması; 
  • Zərərlik əmsalından asılı olaraq aidiyyəti struktur bölməyə məlumatın təqdim edilməsi;
  • Bağlanmış sığorta müqavilələrinə dair analitik və statistik hesabatların hazırlanması;
  • Tibbi sığorta təminatına dair sığortalının məlumatlandırılması, həmçinin sığortalıların qəbulunun təmin edilməsi;
  • Sığorta xidmətinin keyfiyyətinə nəzarət məqsədi ilə sığortalıya sığorta müddəti ərzində müştəri məmnuniyyəti ilə əlaqəli sorğu vərəqələrinin göndərilməsi, ehtiyac yarandıqda, görüşlərin keçirilməsi;
  • Səyahət sığortası üzrə müqavilələr üzrə məlumatın asist şirkətə göndərilməsi;
  • Səyahət sığortası üzrə zərər baş verdikdə, asist şirkəti tərəfindən zərərin tənzimlənməsinə və çəkilən tibbi xərclərə nəzarət;
  • Səyahət sığortası üzrə baş vermiş və ödənilmiş zərərlər ilə əlaqəli sənədlərin saxlanılması.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 15 avqust 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Tibbi sığorta üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

İşəgötürənin reytinqi