Satış üzrə assistent

İşin təsviri

Əsas öhdəliklər:

  • Müştərilərdən sorğuların qəbul edilməsi, daxil olan sorğuların üzərində iş, mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması;
  • Müştəri tələblərini əsas tutaraq satışın stimullaşdırılmasının həyata keçirilməsi;
  • Müştərilərə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə müvafiq məlumatlarının düzgün çatdırılması;
  • Tender sənədlərinin hazırlanması;
  • Yönləndirilən müştərilərin cari statusu ilə bağlı aidiyyəti strukturlardan təqibininin aparılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
  • Məhsul və xidmətlərlə bağlı cavablandırılan sorğuları aidiyyəti üzrə istiqamətləndirmək və təqibinin aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Minimum 1-3 il (müvafiq sahə üzrə 1 il)
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili
  • İT üzrə biliklər: Microsoft Office 
  • Problemləri həll edə bilmə bacarığı və prosesləri davamlı olaraq təkminləşdirməyə yönümlü olmaq
  • Analitik düşüncə qabiliyyəti
  • Komandada işləmə bacarığı

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi-Cümə, 10:00-19:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 1;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə assistent” yazaraq göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi