Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 13.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya təsviri:

Struktur bölmə: Hüquqi təminat şöbəsi
Vəzifə: Hüquqi təminat şöbəsinin mütəxəssis-hüquqşünası
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 23.07.2023-cü il.

Vəzifə Öhdəlikləri:

  • Komplayens ilə əlaqəli gələn sorğuların araşdırılması, cavablandırılması, təkliflərin verilməsi və hesabatların tərtib edilməsi;
  • Səlahiyyətli orqanlardan gələn sorğu və ya müraciətlərin araşdırılmasının təşkili və cavab məktubunun təsdiqi;
  • Aidiyyatı orqanlardan daxil olmuş normativ hüquqi aktların layihəsi üzrə təklif və rəylərin hazırlanması;
  • Ehtiyac olduğu halda daxili sənədlərin hüquqi ekspertizasını aparmaq;
  • Cəmiyyətin daxilində “Maraqların toqquşması” hallarına nəzarət və qeydiyyatının aparılması;
  • Xüsusi komplayens indikatorlarına nəzarət edilməsi;
  • Qanunvericilik aktlarını və onlara olunmuş əlavə və dəyişiklikləri araşdırıb aidiyyəti struktur bölmələrə göndərmək, əməkdaşların normativ-hüquqi aktlarla tanış olmasını təmin etmək və onların tətbiq olunması ilə bağlı izahlar vermək;
  • Cərimə aktlarının qəbul edilməsi və tənzimlənməsi;
  • Normativlərin və icrası məcburi olan göstərişlərin, norma və məhdudiyyətlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Hesabatların hazırlanması və göndərilməsini təmin etmək;
  • Cəmiyyətin struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək və bununla bağlı yoxlamalar aparmaq;
  • Daxili Audit departamenti, maliyyə bazarlarına nəzarət orqanı və digər kənar təşkilatlar tərəfindən aşkar edilmiş uyğunsuzluqların həlli üzrə tədbirlər planının icrasına nəzarət;
  • Biznes proseslərin monitorinqi prosesində iştirak etmək, eləcə də nəticələr üzrə tədbirlər planının izlənilməsində iştirak etmək;
  • Sığorta qaydalarının hazırlanmasında iştirak etmək və qaydaların nəzarət orqanı tərəfindən razılaşdırılmasını təmin etmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla, Rus dili:əla
  • Üstünlüklər: Maliyyə sektoru, komplayens üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Kompüter bilikləri: MS Office: əla, MS PowerPoint: əla , MS Word: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi