Satınalmalar üzrə kiçik mütəxəssis

  • Şam-Fi MMC
  • Elanın qoyulma tarixi: 13.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • Alışların satınalma proseduruna uyğun vaxtında icra olunmasını təmin edilməsi;
  • Satın alınacaq məhsulun uyğun maliyyətinin müəyyən edilməsi;
  • Təchizatçı tərəflə işgüzar yazışma, danışıqların aparılması və görüşlərin keçirilməsi;
  • Daxili və xarici bazarların araşdırılması, podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yenilənmələrin həyata keçirilməsi;
  • Alınacaq malların keyfiyyət və spesifikasiyalarının uyğunluğunun son istifadəçi ilə razılaşdırılması;
  • Alışların sistemə (Logo proqramına) işlənməsi  və müvafiq hesabatların hazırlanması;  
  • Gömrük rəsmiləşdirilməsi üçün lazım olan bütün sənədlər paketinin hazırlanması.

Nəyi bilməlidir:

  • Dövlət satınalmaları haqqında qanun;
  • Dil bilikləri: azərbaycan dili-səlis; rus dili-yaxşı; ingilis-dili-arzuolunandır;
  • Kompyuter bilikləri: word-yaxşı; excel-əla; Logo - arzuolunandır (bilmirsə, öyrədirik).

Nəyi bacarmalıdır:

  • Operativlik;
  • Təhliletmə qabiliyyəti;
  • Ünsiyyət bacarığı;
  • Qərarvermə;
  • Məsuliyyətlilik;
  • Nəticəyönümlülük.

Gözlənilən davranışlar:

  • Dürüstlük;
  • Məxfilik;
  • Nizam-intizam;
  • Yeniliklərə açıq.

Xüsusi tələblər:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə, təhsil o istiqamət üzrə deyilsə, sahə üzrə müvafiq sertifikatlar);
  • İş təcrübəsi (ən azı 1 il).

Təminatlar:

  • Şirkət hesabına nahar;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı namizədin bilik-bacarığına əsasən təyin olunacaq;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).

Uyğun namizədlərdən mövzu hissəsində “Satınalmalar üzrə kiçik mütəxəssis” qeyd edərək mail ünvanına müraciət etmələrini xahiş edirik.