Təsərrüfat və İnzibati İşlər üzrə Mütəxəssis

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri

İş təcrübəsi: Analoji sahədə ən azı 1 il;

Təhsil: Ali (İqtisadiyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)  

İşin təsviri:

  • Şirkətin inzibati binalarının təmir, təmizlik və s. işlərinin görülməsində, su təchizatı, havalandırma, işıqlandırma və s. sistemlərinin sazlığının qorunmasında müvafiq tədbirlər görmək
  • Ofis daxilində yerdəyişmə proseslərində, yeni binalara köçmə və yerləşmə prosesində fəhlələrin işinə rəhbərlik etmək
  • Gündəlik planlaşdırılmış təsərrüfat tapşırıqlarını yerinə yetirmək və nasazlıqların aradan qaldırılması üçün hazır vəziyyətdə olmaq
  • Ofis otaqlarında və ofisin mebel avadanlıqlarında təmir işlərinin həyata keçirilməsini təmin etmək
  • İnzibati binanın və yeməkxananın təmizliyinə nəzarət
  • İş sahəsinin günlük təftişini həyata keçirmək
  • Təsərrüfat malları ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi
  • Hesabatların hazırlanması.

Bilik və Bacarıqlar:

  • Analitik və strateji baxış bacarıqları
  • MS Excel bilikləri
  • Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı
  • Yüksək ünsiyyət qabiliyyəti
  • Yüksək təşkilatçılıq qabiliyyəti

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Mobil nömrə və danışıq limiti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları:  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təsərrüfat və İnzibati İşlər üzrə Mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.

İşəgötürənin reytinqi