1C Admin

  • Zəhmət-Ruzi MMC
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri

İş təcrübəsi: Analoji sahədə ən azı 1 il;

Təhsil: Ali (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)  

İşin təsviri:

  • Agent+ proqramıyla 1C proqramının sinxronizasiyası zamanı aralarında məlumatların ötürülməsi ve nəzarətini həyata keçirilməsi;
  • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirmənin həyata keçirilməsi;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsi;
  • Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunun təşkil edilməsi;
  • Xərc maddələrinin 1C-ə işlənməsi
  • Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatının aparılması;

Bilik və Bacarıqlar:

  • Analitik və strateji baxış bacarıqları
  • Yüksək səviyyədə 1C proqramı və MS Excel bilikləri
  • Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Mobil nömrə və danışıq limiti.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “1C Admin” yazmaqla CV göndərərək müraciət edilir.

İşəgötürənin reytinqi