Aparıcı mühasib

  • Caspos MMC
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə aid qoyulan tələblər:

  • Təhsil: Ali; 
  • Yaş: 25-35 ;
  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • MS Office proqramlarını yaxşı bilməli;
  • ERP bilikləri olanlara üstünlük verilir;
  • “F3” sertifikatının olması üstünlükdür;

Öhdəliklər:

  • Vergi hesabatlarının hazırlanması (ƏDV,ÖMV, Vahid (DSMF), statistika, mənfəət və  digər dövlət hesabatları; 
  • Online kargüzarlıq ilə dövlət orqanları ilə qarşılıqlı yazışmanın təmin olunması və vaxtında cavablanması;
  • Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması;
  • Ödəniş tapşırıqlarının hazırlanması;
  • Ödənişlərin olunması, internet bankla işləmə bacarığı;
  • Elektron qaimələrin kəsilməsi, sənədlərin uçotunun aparılması (hesab-faktura,təhvil-qəbul aktı, qiymət razlışma protokolu və.s);
  • Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması;
  • Rəhbərlik tərəfindən tətbiq olunan digər hesabatların dəqiq və vaxtında hazırlanması.

Şəxsi keyfiyyətlər:

  • Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli və təşəbbüskar olmalı;
  • Diqqətli və punktual olmalı;
  • Stresə davamlılıq və analitik fikirləşmə qabiliyyəti.
  • Kollektivlə işləyə bilməli;
  • Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
  • Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Tapşırıqları operativ icra etmə qabiliyyəti;
  • Loyallıq və punktuallıq;

Əlavə məlumatlar:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
  • Korporativ nömrə və danışıq balansı;
  • “ACCA” imtahanlarına girişin ödəniş haqqının şirkət tərəfindən qarşılanması;
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “ Aparıcı mühasib” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.