Marketing Ünsiyyət Vasitələri / Bazar Araşdırması üzrə Mütəxəssis

  • Azercell
  • Elanın qoyulma tarixi: 12.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
  • Davamlı karyera inkişafı imkanları;
  • Təlim və fərdi inkişaf proqramları;
  • Rəqabətli əmək haqqı;
  • Bonus ödənişi;
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil);
  • Korporativ telefon və nömrə ilə təmin olunma;
  • Limitsiz Azeronline Internet Paketi;
  • Əlavə güzəşt və endirimlər.

İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir

İş yeri: Azercell, Port Baku

Əsas Öhdəliklər:

  • Təyin edilmiş bazar araşdırması layihəsinin məqsədini müəyyən etmək; həmin məqsədə nail olmaq üçün istifadə olunacaq ən üstün üsulları müəyyənləşdirmək.
  • Anketlər, sorğular, araşdırmalar və digər məlumat toplama resursları.
  • Cari məhsul bazarı, müştərilərin demoqrafik göstəriciləri və marağı, məhsul ilə bağlı tələbata təsir edən amilləri araşdırmaq və hesabat tərtib etmək; mövcud məhsulların satışı və bazardakı nüfuzunun artırılması yollarını müəyyən etmək üçün nəticələri təhlil etmək.
  • Rəqib şirkətlərin istehsal etdiyi məhsullarla bağlı qiymət, satış və marketinq kimi vacib məlumatları toplamaq.
  • Məlumatları cəmləşdirmək və təhlil etmək; araşdırma zamanı müəyyən edilənlərlə bağlı tövsiyələr vermək.
  • Qrafik şəklində təsvir edilən nəticələri izah edən, yazılı mətnlə tamamlanan hesabat hazırlamaq.
  • Araşdırma vasitəsilə yeni məhsul və seqmentləri müəyyən etmək.
  • Toplanmış məlumat əsasında marketinq və satışla bağlı tendensiyaları proqnozlaşdırmaq və izləmək.
  • Aşkar olunanlarla bağlı rəhbərliyə məlumat və təqdimat vermək.
  • Verilən digər tapşırıqları icra etmək.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Statistika, Marketinq və ya müvafiq sahə üzrə Bakalavr dərəcəsi.
  • Bazar Araşdırması üzrə analitik təcrübə
  • İri həcmli məlumatları şərh etmək və çoxsaylı tapşırıqları yerinə yetirmək bacarığı
  • Əla Ünsiyyət və Təqdimat bacarığı
  • Axtarış sistemləri, veb-analitika və biznes təhlili vasitələri haqqında bilik
  • Məlumat toplama metodları haqqında lazımi bilik (sorğular, seqmentləşdirilmiş qruplar, araşdırmalar)
  • Güclü analitik və tənqidi düşüncə tərzi

Arzu olunan bacarıqlar: 

  • Qoyulan tələblərə cavab vermək və hədəflərə çatmaq üçün işin zamanında təhvil verilməsi; stres altında işləmək bacarığı;
    Güclü riyazi və analitik bacarıqlar;
  • Yüksək səviyyədə dinləmək və təqdimat bacarığı;
  • Bütün detallara lazımi diqqət yetirərək yüksək səviyyəli liderlik və analitik düşüncə qabiliyyəti.

Son müraciət tarixi: 17th July 2023 12:00 PM