İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • Əmək muqavilələrinin hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi;
  • Məzuniyyət bazasının idarəedilməsi, məzuniyyət sənədləşməsinin aparılması;
  • İşə qəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi;
  • İşçi seçimi proseslərini idarə olunması;
  • İşçilərin könüllü tibbi sığorta ilə təmin olunması;
  • İşçilərin icbari sığortalanmasının elektron protalda həyata keçirilməsi;
  • İşçilərin davamiyyət uçotunun aparılması;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • İşçilərin təlim ehtiyaclarının təmin edilməsi;
  • Yerli qanunvericilik və və daxili qaydalara əsasən insan resursları proseslərinə aid bütün sorğuların cavablandırması.

Tələblər:

  • Biznes, İdarəetmə, İqtisadiyyat, İnsan Resursları üzrə təhsil;
  • İR sahəsi üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
  • İnsan resursları sahəsi üzrə ən azı 2 il peşəkar təcrübə;
  • İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;
  • Yerli əmək qanunvericiliyi üzrə biliklər;
  • Təhlil etmə və təşkilatçılıq bacarıqları;
  • Güclü ünsiyyət bacarığı;
  • MS Office programları üzrə biliklər;
  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 17 İyul 2023-cü il tarixinədək Mövzu/Subject hissəsində “İnsan Resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilərlər.