Mühasib

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin, formalarının işlənib hazırlanmasında iştirak etmək.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında düzgün əks etdirilməsi, operativ məlumatları və mühasibatlıq hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib etmək.
  • Əmək haqqı (məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və s.) hesablanması.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsi.
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək.
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat/maliyyə).
  • Müvafiq sahə üzrə 5 il iş stajı, tikinti sahəsi üzrə iş stajı arzuolunandır.
  • İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 
  • Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikat və ya ixtisasartırma üstünlükdür.
  • 1 C proqram təminatı üzrə təcrübə.