Layihələrin idarə olunması və maliyyə analitikası üzrə menecer

  • EUROSTAR Group
  • Elanın qoyulma tarixi: 11.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifəsi öhdəlikləri:

  • Bazar qiymətinin araşdırması, analizlərin aparılması və təlabatın müəyyənləşdirilməsi, Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tenderin əsas şərtlər toplusunun, satınalma metodlarının (açıq tender, kotirovka sorğusunun, təkliflər sorğusunun və digər) dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
  • Şirkətin nizamnaməsinə və tələblərinə uyğun qaydada işin qurulması;
  • Yeni tərəfdaşların axtarışı əməkdaşlığa cəlb edilməsi;
  • Partnyorlarla işin səmərəliliyinin nəzarətdə saxlanılması və vaxtaşırı hesabatların hazırlanması;
  • Tender təkliflərinin hazırlanması, kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Satınalmalara dair sənədlər toplusunun hazırlanmasını və saxlanılmasını təmin etmək;
  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar.

Namizədə tələblər:

  • Ali təhsil - İqtisadiyyat, Hüquq, Menecment, Biznesin idarəedilməsi;
  • Maliyyə sahəsi üzrə biliyə malik olması;
  • İş təcrübəsi: minimum 3-5 il;
  • Dil bilikləri - Azərbaycan dili (əla) ,  İngilis dili (əla), Rus dili  bilməsi üstünlükdür;
  • Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.

İş qrafiki: Bazar ertəsi - Cümə saat 09:00-18:00

Əmək haqqı: 800-1000 AZN (namizədin bilik və bacarığına əsasən)