Aparıcı mühasib

  • BCC Group
  • Elanın qoyulma tarixi: 10.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Debitor və kreditor hesablaşmaların aparılması;
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
  • Mal-materialların uçotunun aparılması;
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Tələb olunan bacarıqlar:

  • Ali təhsil;
  • Vergi məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • MS Office proqramlarını bilməli;
  • Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları üzrə iş təcrübəsi əlavə üstünlükdür;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Fikrini izah etmək qabiliyyəti;
  • yaranmış problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
  • Fəal və işə planlı yanaşma bacarığı vacibdir;

Şərtlər:

  • 5 günlük iş qrafiki:
  • İş saatları 09:00-18:00
  • Əmək haqqı 1000-1500 AZN (NET)
  • Minimum 3 il iş təcrübəsi;
  • Nahar və rabitə xərcləri şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

BCC Group tərəfindən digər vakansiyalar